Alimlər xəbərdar edir: Azərbaycanda hər 5 nəfərdən birində bu problem var - FOTO

Alimlər xəbərdar edir: Azərbaycanda hər 5 nəfərdən birində bu problem var - FOTO

Dünyada izafi çəki, tosqunluq və gombulluq problemi sürətlə artır. Belə ki, hazırda Yer kürəsindəki insanlar arasında hər 8 nəfərdən birində izafi çəki, yaxud piylənmə problemi var.

7News.Az bildirir ki, BMT-nin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (International Fund for Agricultural Developmen, İFAD), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization, FAO), Uşaq Fondunun (UNİCEF), Ümumdünya Ərzaq Proqramının (World Food Programme, WFP) və Ümumdünya Səhiyyə Təşkilatının (World Health Organization, WHO) hazırladıqları birgə hesabatda belə deyilir.

İzafi çəki və piylənmə problemi Şimali Amerika və Avropada daha ciddidir. Bununla belə, Afrika və Asiya ölkələrində də insanlar arasında izafi çəkililərin sayının artması təmayülü var.

Avropa ölkələrində əhalinin piylənmə və izafi çəki "əmsal"ının orta statistik göstəricisi 23 faizdir.

 

Avropanın 53 ölkəsi arasında artıq çəki probleminin ən ağır olduğu ölkə Türkiyədir. Burada əhalinin 32,1 faizində izafi çəki problemi var. İkinci yeri tutmuş Maltada sözügedən rəqəm 28,9 faiz, üçüncü yerdəki Britaniyada isə 27,8 faizdir.

İlk onluqda sonrakı yerləri Macarıstan (26,4 faiz), Latviya (26,3), İsrail (26,1), Çexiya (26), Andorra (25,6), İrlandiya (25,3) və Bolqarıstan (25 faiz) tutublar.

Azərbaycanda vətəndaşların 19,9 faizində izafi çəki və piylənmə problemi var.

MDB ölkələri arasında Belarusda bu rəqəm 24,5 faiz, Ukraynada 24,1 faiz, Latviyada - 23,6, Rusiyada - 23,1, Gürcüstanda - 21,7, Estoniyada - 21,2, Qazaxıstanda - 21, Ermənistanda - 20,2, Moldovada - 18,9, Türkmənistanda - 18,6, Qırğızıstanda və Özbəkistanda - 16,6, Tacikistanda isə 14,2 faizdir.

Alimlər xəbərdar edir: Azərbaycanda hər 5 nəfərdən birində bu problem var - FOTO

7News.Az

Xəbər lenti