Alla Puqaçovanı seksual manyakdan xilas etdilər

Alla Puqaçovanı seksual manyakdan xilas etdilər

Sankt-Peterburqda 16 seriyalı "Müğənninin ovu” filmi üzərində işlər gedir. Onun Alla Puqaçovanın növbəti ilin aprelində qeyd edilməsi planlaşdırılan 70 illik yubileyi çərçivəsində ekranlara çıxması gözlənilir. 

7News.Az "Starxit”ə istinadla xəbər verir ki, filmin sujeti primadonnanın real həyatından götürülüb. 

70-ci illərin sonunda Anatoli Nağıyev adlı manyak müğənnini zorlamaq və öldürmək istəyib. 

Manyak bundan öncə seksual xarakterli cinayətlərə görə 17 il həbs cəzası yaşayıb. O, həbsxanada olarkən ilk dəfə Puqaçovanın mahnılarını eşidib. 

Azadlığa çıxdıqdan sonra o, Moskvaya gəlib və burada Puqaçova ilə bağlı bütün məlumatları öyrənib. O, Puqaçovanın evinə girmək istəyərkən polislər tərəfindən saxlanılıb. 

Aktrisanın rolunu filmdə 27 yaşlı Anna Xristiç ifa edib. Xristiç Sankt-Peterburq dövlət teatrında çalışır. 

7News.Az

Xəbər lenti