Allahşükür Paşazadə axund və imamlara xəbərdarlıq edib

Allahşükür Paşazadə axund və imamlara xəbərdarlıq edib

"Mən sabahdan etibarən artıq orucumu tutmağa başlayacam”.

7news.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Azərbaycanda Ramazan ayının başlaması ilə əlaqədar olaraq Şamaxı Rəsədxanasının alimləri ilə məsləhətləşmələr aparılıb:

"Mayın 17-si Ramazan ayının ilk günüdür. Həmçinin Şəvval ayının da birinci günüdür”.

A.Paşazadə çıxışında orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq da edib.

O qeyd edib ki, bu, düzgün və təqdirəlayiq hərəkət deyil:

"İftardan əvvəl imkanlı şəxslərin orucluğu saymayaraq, guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ora qatılması Allaha qarşı çıxmaqdır. Bu məsələyə diqqət etməyiniz məsləhətdir”.

7news.Az

Xəbər lenti