Alma bağı davası qanlı bitdi - FOTO

Alma bağı davası qanlı bitdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini, 1984-cü il təvəllüdlü Samir Mahmudovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

7news.Az-ın məlumatına görə, ötən il sentyabrın 23-də Quba rayonunun Əliməmmədoba kəndində, alma bağında kənd sakini Samir Mahmudov münaqişə zəminində Xudat şəhər sakini, 1963-cü il təvəllüdlü Eldar Əhmədovun baş nahiyəsinə daşla vuraraq, onu qətlə yetirib. 

Daxil olan məlumat əsasında hadisə yerinə RPŞ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Həmin gün S.Mahmudov Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, S.Mahmudovun ölümünə aldığı xəsarət nəticəsində beyin toxumasına qansızma səbəb olub. 

İstintaqın gedişatında, Mahmudovla Əhmədov arasında əvvəllər də bağ üstündə münaqişələrin olması müəyyən edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

 

7news.Az

Xəbər lenti