Almaniyada erməni ailəsi özünü azərbaycanlılar kimi təqdim edib

Almaniyada erməni ailəsi özünü azərbaycanlılar kimi təqdim edib

Almaniyanın Vorms şəhərində erməni ailəsi deportasiya olunub.

7News.Az alman portalı "Wormser-Zeitung”a istinadən bildirir ki, erməni ailəsi kilsə icmasına inteqrasiya olunmuşdu.

2017-ci ildə çəkilmiş fotoşəkildə solda "Kilsədə sığınacaq” layihəsinin rəhbəri Hans Himmeli, ata, ana, "nənə”, qız övladı Metaksiyanı, oğul Gevorqu, həkim Sibilla Ryoş və ailənin daha bir övladı Nellini görmək mümkündür.

Şəhər rəhbərliyi üç uşaqlı bu ailəni dekabrın 3-nə keçən gecə Ermənistana geriyə göndərib. 

Gecə saat 02:00-dan sonra polis və qanun keşikçiləri Mkrtçyan-Xalatyan ailəsinin evinə gələrək onlara əşyalarını və çamadanlarını toplamaq üçün bir saat vaxt verib. 

Daha sonra onlar hava limanına aparılaraq təyyarə ilə Ermənistana göndəriliblər. 

Bildirilir ki, erməni ailəsi özünü azərbaycanlı Həsənovlar kimi təqdim edib. Bu soyad altında ailə Almaniyadan sığınacaq üçün müraciət edib, lakin "Həsənovlar”ın – nənə, ata, ana və üç uşağın qaçqınlıq statusu almaq üçün etdikləri müraciət 2017-ci ildə qəbul edilməyib. 

Ailə Vormsda yaşayaraq müavinət alıb. Lakin yalanın üstü açılıb və məlum olub ki, onlar heç də Həsənovlar deyil. Həmçinin, aydın olub ki, özünü nənə kimi təqdim edən qadın, əslində, ailənin heç qohumu da deyilmiş.

"Nənə” könüllü olaraq ölkəni tərk etmək təklifini qəbul edib. Ancaq ailə könüllü olaraq ölkəni tərk etməkdən imtina etdiyinə görə miqrasiya xidməti işə qarışmağa məcbur olub.

7News.Az

Xəbər lenti