Almaniyadakı insidentdə xəsarət alanlar arasında azərbaycanlılar var?

Almaniyadakı insidentdə xəsarət alanlar arasında azərbaycanlılar var?

Almaniyanın Münster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

7news.Az-ın məlumatına görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Hadisədə xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi səfirlik tərəfindən Almaniya hüquq mühafizə orqanları ilə araşdırılır. Əlavə məlumat olduğu təqdirdə bildiriləcək”.

7news.Az

Xəbər lenti