Alpaqut döyüş sənətinin qurucusu “Dostluq medalı” ilə təltif edilib

Alpaqut döyüş sənətinin qurucusu “Dostluq medalı” ilə təltif edilib

Alpaqut döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman ustası, türk döyüş sənəti üzrə araşdırmaçı, Dünya Alpaqut Federasiyası İdarə Heyətinin sədri Kutsan Vasif Namazov Rusiya Federasiyası Kalmıkya Respublikasında "Boevoy Bratsvo " təşkilatının 20 illlik yubileyi ilə əlaqədar "Dostluq Medalı” ilə təltif edilib. Vasif Namazov Dünya Alpaqut Federasiyasının rəsmi nümayəndəsi, Kalmıkya Əlbəyaxa Döyüş Federasiyasının prezidenti Vladimir Belyaev, "Boevoy Bratsvo” təşkilatının sədri Sergey Lidjiyev və Kalmıkya Xalq Xuralının (parlamentinin) deputatı Oçir Xalqayeva səmimi dostluq münasibətlərinə və layiq görüldüyü mötəbər mükafata görə Dünya Alpaqut Federasiyası və Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası adından minnətdarlığını bildirib.

Xəbər lenti