Alpaqut Turan Döyüş Sənəti üzrə Dünya kuboku keçirilib

Alpaqut Turan Döyüş Sənəti üzrə Dünya kuboku keçirilib
25 noyabr 2017 ci ildə Sərhədçi Olimpia İdman Kompleksində Alpaqut Turan Döyüş Sənəti üzrə Dünya kuboku keçirilib. Qeyd edək ki, yarış Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcədə Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası tərəfindən təsdiq edilərək razılaşdırılmışdır

Yarışı Dünya Alpagut Federasiyası və Azərbaycan Alpagut Federasiyası tərəfindən yaradılmış təşkilat komitəsi həyata keçirib. Yarışda Azərbaycan başda olmaqla, Almaniya, Türkiyə, Türkmənistan, Qazaxstan, Qırğızstan, İran, Gürcüstan, Rusiya, Macarstan, Nepal, Hindistan, Pakistan, Bangladeş, Ukrayna komandaları iştirak edib. Yarışın açlış mərasimində dövlət rəsmləri,tanımış ictimai və idman xadimləri, idman ustaları və s. qonaqlar iştirak ediblər. 
 Alpaqut döyüş sənətinin müəllifi, Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Kutsan Vasif Namazov qonaqları salamlayaraq, Alpaqut Turan döyüş sənətinin inkişafından, tarixindən və gələcəyindən bəhs edib, bu idman növü haqqında  fikirlərini çatdırıb. Vasif Namazov yarışı açıq elan edib. 
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Dövət Himnindən sonra söz növbəti çıxışçılara verilib. Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy bu kimi yarışların Azərbaycanda keçirilməsini ölkə idmanının növbəti uğuru olaraq qiymətləndirib və Alpaqut döyüş növünə artan maraqdan bəhs edib. 
Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri Rafiq AbbasovAzərbaycanda dövlət tərəfindən idmana göstərilən diqqət və qayğıdan bəhs edərək, Alpaqut idman növünün də inkişafının məhz bu qayğı nəticəsində reallaşdığını vurğulayıb.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov isə  çıxışında qeyd edib ki, ölkəmizdə idmanın inkişafı və tərəqqisi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurlu idman siyasəti yürüdür. Məhz bu əhəmiyyətli amil  yeniyetmə və gənclərin sağlam həyat tərzində və vətənpərvər ruhda inkişafında mühüm rol oynamaqdadır. "Alpaqut Turan döyüş sənətinin populyar idman növünə çevrilməsi gənclərə yaradılan qayğının nəticəsidir”-deyə qeyd edən Aqil Acalov Gənclər və İdman Nazirliyinə də təşəkkürünü bildirərək, xatırladıb ki, II Dünya Kubokunun da Azərbaycanda keçirilməsi əldə edilən nailiyyətlərin və dəstəyin nəticəsi olaraq qiymətləndirilir.    
Dünya Alpaqut Federasiyasının fəxri prezidenti Fərid Əlizadə də çıxış edərək bildirib ki, bu cür mötəbər yarışların ölkəmizdə keçirilməsi, eləcə də Alpaqut döyüş sənətinin qısa zamanda dünyada tanıdılması dünyada bu idman növünə olan artan marağın bariz göstəricisidir. 
Sonra yarışı izləməyə gələnlərə "Səma" rəqs qrupunun bir-birindən maraqlı rəqs kompozisiyaları təqdim olunub.
Qeyd edək ki, yarışlar Alpaqut döyüş sənətinin Aypara, Batur, Caymaz və Gurəş sistemləri üzrə keçirilib. 
Yarışlara start verildikdən sonra yığma komandalar arasındakı əzmkar mübarizələr baş tutub. Nəticədə Azərbaycanın milli komandası Dünya Kubokunun qalibi adnı qazanıb. İran İslam Respublikasının yığması 2-ci, Türkiyə Respublikasının milli yığıması isə 3-cü yerə layiq görülüb.
 
7news.Az

Xəbər lenti