Alpinistlərdən biri dəfn olunub - YENİLƏNİB

Alpinistlərdən biri dəfn olunub - YENİLƏNİB

İtkin düşmüş alpinist Fəridə Cəbrayılzadə dəfn edilib.

7news.Az Report-a istinadən xəbər verir ki, "Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadə Masallı rayonunun Şərəfə kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları və kənd sakinləri iştirak edib. 

10:22

İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verilib.

7news.Az Report-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən daha bir alpinistin - Namin Nizami oğlu Bünyatzadənin meyiti ailəsinə təhvil verilib.

Meyit dəfn olunması üçün Bakıya gətirilir.

10:02

İtkin düşmüş alpinistlərdən ikisinin meyiti ailəsinə təhvil verilib.

7news.Az Report-a istinadən xəbər verir ki, Babur Vaqif oğlu Hüseynovun və Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilib.

Müayinədən sonra meyit ailəsinə təhvil verilib.

Meyitlər dəfn edilməsi üçün Bakıya gətirilir.

7news.Az

Xəbər lenti