"Amaliya xanımın saçları tökülmüşdü, istəmirdi kimsə onu bu vəziyyətdə görsün" - Hacı Nuran

"Xərçəng xəstəliyinə yoluxan Amaliya xanım bu xəstəliyi ağır formada keçirirdi".

Bu sözləri BiG.AZ-a açıqlamasında mərhum xalq artisti A.Pənahovanın vida mərasimində iştirak edən aparıcı Hacı Nuran deyib. O bildirib ki, mərhum aktrisanın bu amansız xəstəliyə tutulmasından xəbərdar olub:

"Amaliya xanım istəmirdi ki, kimsə onun xəstəliyi bilsin. Amma ilk gündən mən onun xərçəngdən əziyyət çəkdiyini bilirdim. O, ximya olunurdu, saçları tökülmüşdü. İstəmirdi ki, kimsə bu vəziyyətdə görsün. İlk əvvəllər mən də istəmirdim ki, kimsə bunu bilsin. Bilirsiniz ki, bu xəstəlik çox ağırdır. Mənim üçün çox ağır itkidir. Çünki uşaqlıqdan onun filmləri ilə böyümüşəm. Ailəsinə və onu sevənlərə başsağlığı verirəm".

7News.Az

Xəbər lenti