Amaşov: “Mətbuat Şurası haqqında” ayrıca qanuna ehtiyac var

Amaşov: “Mətbuat Şurası haqqında” ayrıca qanuna ehtiyac var

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov "Mətbuat Şurası haqqında” qanun layihəsinin hazırlanmasını və qəbul olunmasını təklif edir.

Millət vəkili bununla bağlı təklifini Oxu.Az-a açıqlamasında dilə gətirib.

O qeyd edib ki, belə bir sənədin hazırlanaraq, parlament müzakirələrinə çıxarılmasına və qəbuluna ciddi ehtiyac duyulur.

"Hesab edirəm ki, "Mətbuat Şurası haqqında” qanun layihəsinin işlənilib hazırlanması, ümumiyyətlə, medianın özünütənzimləməsi, bu prosesin qanun  müstəvisində həyata keçirilməsi kifayət qədər vacibdir”, - deyən AMŞ sədri qanun layihəsi üzərində ilkin hazırlıqlara başlanıldığını və onun bu ilin yaz sessiyasında üzvü olduğu Mədəniyyət komitəsinin müzakirəsinə təqdim edilməsinin nəzərdə tutulduğunu sözlərinə əlavə edib.

7News.Az

Xəbər lenti