Amerikalılara it və pişikləri yemək qadağan edildi

Amerikalılara it və pişikləri yemək qadağan edildi

ABŞ Nümayəndələr Palatası ev heyvanlarının yeyilməsini qadağan edən qanunu qəbul edib. Qadağa it və pişiklərin bu məqsədlə öldürülməsi, daşınması və satılmasına aid edilib. 

7News.Az xəbər verir ki, bununla bağlı "CBS News” məlumat yayıb. 

Qanun pozucuları üçün maksimum cərimə beş min dollar müəyyən olunub. Qanunda ev heyvanlarının ticarəti də qadağan edilib. 

"Fəxr edirəm ki, konqresdə ABŞ-da it və pişiklərin öldürülməsi və yeyilməsi ilə bağlı qadağa uğrunda mübarizə aparırdım”, - qanunun təşəbbüskarlarından biri olan Bern Byukenen bildirib.

Onun sözlərinə görə, 44 ştatda ev heyvanlarının yeyilməsinin qadağan olunması ilə bağlı qanun yoxdur. Qadağa Kaliforniya, Corciya, Miçiqan, Nyu-York, Virciniya və Havay ştatlarında qüvvədədir. Layihə müəllifləri hindu tayfaları ilə bağlı istisna da hazırlayıb ki, onlar dini mərasimlər zamanı it və pişik ətlərini yeyə biləcəklər. 

7News.Az

Xəbər lenti