“Ana dilini unutma“ mövzuunda tədbirlərin təşkili adlı layihə həyata keçirilib

“Ana dilini unutma“ mövzuunda tədbirlərin təşkili adlı layihə həyata keçirilib

Azərbaycan Maarifçi Gənclər Təşkilatınin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə yardım Şurası tərəfindən maliyyələşdirilən "Ana dilini unutma" mövzuunda tədbirlərin təşkili adlı layihə həyata keçirir.

 

Layihənin məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının, dilin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini Almaniya Federativ Respublikasında yaşayan və böyüyən gənclərə aşılamaqdır. Layihənin əsas mahiyyəti Almaniyada yaşayan həmvətənlərimizin övladlarının ana dilini unutmamasına dair maarifləndirici tədbirlərin təşkilidir. Avqust 2018-ci ildə layihə çərçivəsində Almaniya Federativ Respublikasında Azərbaycan dilinin təbliği ilə bağlı tədbir təşkil ediləcək və azərbaycan dilində kitablar iştirakçılara təqdim ediləcək. Layihə çərçivəsində həmvətənlərimiz üçün təqdim ediləcək kitabların yığılması üçün aksiya həyta keçirmək planlaşdırılmışdır. Buunla bağlı Tofiq İsmayılov adına 6 saylı liseyin rəhbərliyinə müraciət etdik.Liseyin direktoru Gülşən Orucova Aksiya ideyasını dəstəklədi. Məktəbdə Aksiya haqqında elanlar yerləşdirildi. Məktəbin şagaird və müəllimləri aksiyada yaxından iştirak etdilər. Aksiya çərçivəsində Azərbaycan dilinin təbliği ilə bağlı Almaniya Federativ Respublikasında keçiriləcək tədbir üçün məktəbdə Azərbaycan əlifbası, Azərbaycan nağılları, dastanları və bədii ədəbiyyatla bağlı kitablar yığılaraq Azərbaycan Maarifçi Gənclər Təşkilatına təhvil verilmişdir.

Layihəni dəstəklədiyi üçün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə yardım Şurasına və Aksiyada fəsli iştirk edən Tofik İsmayılov adına saylı məkəb liseyə öz dərin təşəkkürümüzü bildiririk.

Xəbər lenti