Anasının sevgilisi tərəfindən zorlanan 12 yaşlı qız haqda bu sözlər eşidənləri şok etdi

Anasının sevgilisi tərəfindən zorlanan 12 yaşlı qız haqda bu sözlər eşidənləri şok etdi
Uşağa təcavüz səbəbilə 15 ilə qədər həbsi istənilən vətəndaş azadlığa buraxılıb.

7news.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşağın atası şikayətçi olmayıb, anası isə məhkəmədə canini deyil, öz qızını günahkar hesab edib.

Hadisə belə baş verib: Bir müddət öncə boşanan Tekin P. və Leyla K. cütlüyünün uşağının vəkalətnaməsi ataya verilib. Həftə sonu anasının yanında qalan 12 yaşlı qız anasının sevgilisi tərəfindən təcavüzə məruz qalıb. Bunu eşidən ata Tekin P. eks arvadının sevgilisi Cumali A.-nı polisə şikayət edib.

 
Məhkəmədə Cumali A. 12 yaşlı qızın anası Leyla K. ilə 5 ildir münasibət yaşadığını bildirib. 

Leyla K. da öz növbəsində sevgilisini müdafiə edərək qızını yalan danışmaqda ittiham edib:

"Ərimdən 7 il əvvəl boşanmışam. Uşağın vəkaləti atasında idi. Həftə sonları mənim yanıma gəlirdi. Cumali A. dükanda qalırdı. Mənim evimdə qalmayıb. Onunla 6 ildir ki sevgiliyik. Qızım yalan danışır. Məni qısqanır. Adətən evdə də, məktəbdə də yalanlar danışır. Keçmiş ərimlə dalaşanda "Sizi boşatdıracağam" deyirdi".
 
7news.Az

Xəbər lenti