Android üçün yeni təhlükə aşkarlandı

Android üçün yeni təhlükə aşkarlandı

İT mütəxəsisləri Android əməliyyat sistemi ilə çalışan mobil qurğu sahiblərini virtual hücuma məruz qoyan yeni botnet aşkarlayıb.

7News.az xəbər verir ki, "Bleeping Computer” bu barədə məlumat yayıb.

Botnet açıq sazlama portlarının, o cümlədən Androidin vacib komponentlərində tətbiq olunan və əsas funksiyalara giriş imkanı verən 5555 portunun axtarışına yönəlib.   

Cihaza daxil olduqdan sonra zərərli proqram onu "Monero” kriptovalyutası əldə etməyə vadar edir.

Botneti aşkarlamış QiHo360 təşkilatının tədqiqatçılarına görə, o, smartfonlardan tutmuş ağıllı ev texnikasına kimi Android əməliyyat sistemi ilə çalışan bütün qurğulara real təhlükə yaradır.

Mütəxəssislərin hesablamalarına görə, artıq 7.4 min mobil qurğu bu zərərli botnetə yoluxub. Botnetin yüksək templə yayıldığı əsas qurbanların isə Çin və Cənubi Koreyadan olan istifadəçilər olduğu bildirilir.

Xəbər lenti