Anjey Kaspirşik bu bölgədə qocaldı - Zahid Oruc

Anjey Kaspirşik bu bölgədə qocaldı - Zahid Oruc
"ATƏT əslində regiondakı bütün proseslərə bizim arzu etdiyimiz güclü müdaxilələri ötən 10 il ərzində həyata keçirə bilmədi”.
 
Bunu BNEWS.az-a açıqlamasında Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc ATƏT PA-nın istefaya gedən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv olunmalıdır təklifinə münasibətini bildirərkən belə deyib.

Zahid Orucun sözlərinə görə, reallıq ondan ibarətdir ki, bu formatda bir neçə istiqamətdə dövlətlərlə iş aparılıb: "Ümumiyyətlə, bütün postsovet məkanında ATƏT-in ofisləri fəaliyyət göstərir. Doğrudur, ATƏT-in üzərinə düşən missiya fərqli idi. Belə ki, Avropa arealının qanunvericilik sistemlərini bura gətirmək, hüquq məkanları arasında transformasiya, siyasi əlaqələr, parlamentalizim ölçüsü və s. Həmçinin 1975-ci il Helsinki yekun aktının müddəallarından çıxış edərək bu regionda təhlükəsizlik prosesləri də ATƏT-in çiynindədir. Stalin dövründən sonra gördülər ki, Amerika ilə Sovetlər Birliyi dünyanı bölüşdürə bilmirlər. Həmin o məlum ATƏT formatı onda meydana çıxmışdır. Düşünürdülər ki, heç olmasa qitə səviyyəsində bütün proseslərdə önəmli rol oynasınlar. Ancaq reallıq odur ki, bu qurum çərçivəsində çıxarılan qərarlar, onun məcburetmə qüvvəsi, həyata keçirilməsi üçün mandat və iradə, burada söhbət hərbi qüvvələrdən gedir. Yəni  ATƏT-in çıxartdığı aktların hansısa, qətnamələrin sonrakı dövr həyata keçirilməsi üçün mütləq ordu birləşmələri lazımdır. Bunlar olmadığından ATƏT deyilən kimi formal bir təşkilata çevrildi. Qarabağ məsələsində nəyə isə gücü çatmayan, ədalətli mövqe tutmayan təşkilat gəlib demokratiyada yekə bir metraj götürüb bizim boyumuzu nə iləsə ölçə bilməz ki, biz demokratikik, yoxsa başqa vəziyyətdəyik. Məhz onlar Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsi həmin məramla ləğv edilərsə, düz edirlər. Halbuki, bu bir qədər ironik yanaşmadır. ATƏT-in bu bölgədə üzərinə düşən çox böyük vəzifələr var, çox azulayırıq ki, onlar həyata keçirilsin. Onda ortaya belə bir sual çıxır, sizin missiyanızın hədəfi nədir? Artıq Anje Kaspirşik bu bölgədə qocaldı. Bunu gətirib burada təqaüdə çıxarmaqla bütün bölgənin hərbi kəşfiyyatçısı kimi monitorinq edir, məlumatlar ötürür.  Bu azmış kimi, ştat heyətinin sayını daha 7-8 nəfər artırırlar. Hərbi əməliyyatlar başlasa,  Anje Kaspirşik əlini uzadacaq ki, güllə ona dəysin. ATƏT real olaraq ya proseslərə müdaxilə etməlidir, ya da bölgədən çəkilməsi qaçılmazdı. Əgər Kristina irəliyə sürdüyü fikirlərdə bunları nəzərdə tutursa haqlıdır”. 
 
7News.az

Xəbər lenti