AQSİA ilə Fransada Azərbaycanın Dostları Assosiasiyası arasında görüş olub

AQSİA ilə Fransada Azərbaycanın Dostları Assosiasiyası arasında görüş olub

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Fransada Azərbaycanın Dostları Assosiasiyası arasında Beynəlxalq Əlaqələr Komissiyasının təşkilatçılığı ilə tanışlıq görüşü həyata keçirilib.

AQSİA-dan 7NEWS.az-a verilən məlumata görə, görüşdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, icraçı direktor Mirvari Fətəliyeva (Parisdə Azərbaycan Evinin Prezidenti), Anne-Sophie Coffin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva, İcraçı Direktor Təranə Məmmədova, Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Günel Məmmədhəsənova eyni zamanda AQSİA- nın digər nümayəndələri iştirak edib.

Görüşün əsas məqsədi assosiasiyalar arasında ilkin tanışlıq və gələcək əməkdaşlığın qurulması haqqında ilkin addımın atılması olubdur.

Görüşdə hər iki assosiasiyanın fəaliyyəti haqqında danışıldı, qonaqlara Azərbaycanda Qadın Sahibkarlığının İnkişafıAssosiasiyası haqqında ətraflı məlumat verildi.

Eyni zamanda, AQSİA-nın 2018-ci il 15 noyabr tarixində həyata keçirdiyi Qlobal Sahibkarlıq Həftəsi ilə bağlı "Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq!” adlı ilk konfransı haqqında video çarxlar izləndi.

Xəbər lenti