Arvadı yoxa çıxan kişi həqiqəti öyrənincə həyatının şokunu yaşadı: cəsədi ilə 900 kilometr yol gedib

Arvadı yoxa çıxan kişi həqiqəti öyrənincə həyatının şokunu yaşadı: cəsədi ilə 900 kilometr yol gedib
Adanada 6 ay öncə yoxa çıxan qadının görüşdüyü TIR sürücüsü tərəfindən öldürüldüyü, 900 kilometr yol getdikdən sonra cəsədi boş sahəyə atdığı ortaya çıxıb.

Olay 4 iyul günü baş verib. İddiaya görə, Neslihan Apa (36) adlı qadın evden çıxdıqdan sonra bir daha geri qayıtmayıb. Bundan sonra qadının yoldaşı İ.A. (38) 5 iyulda polisə gedərək arvadının itkin düşdüyünü deyib. Polis qadının gedə biləcəyi yerlər istiqamətində istintaqa başlayıb.

İstintaq-axtarış tədbiri zamanı Tarsus-Qaziantep avtomobil yoluna çıxaraq burada bədənini sürücülərə satdığını müəyyən edib. Bu detal sonrası polis sözügedən yoldakı bütün təhlükəsizlik kameralarını araşdırmağa başlayıb. Polis 4 iyul gecəsi qadının 41 YR 192 nömrəli TIR-a mindiyini üzə çıxarıb. TIR-ın sürücüsünün Doğan Yıldırım (42) adlı bir kişi olduğu, Kocaelinin Gebze qəsəbəsindəki bir nəqliyyat firmasında çalışdığı məlum olub.

Polis bu məlumat sonrası Adanadan Qebzeyə qədər 900 kilometrlik məsafədə təhlükəsizlik kamerasına nəzər salıb. Araşdırma zamanı Yıldırımın qadını götürdükdən sonra Gebzeyə getdiyini müəyyən edib. Polis şübhəlini saxlamaq üçün araşdırmasını genişləndirib.

Polis şübhəlinin işlədiyi firma ilə danışaraq qadının öldürüldüyü TIR-ın əvəzinə sürücüyə başqa maşın verilməsini istəyib. Firma təkliflə razılaşıb. Polis şübhəlinin qadını öldürdüyü tırın içinə baxanda qan ləkələri aşkar edib. Bu qan qadının uşaqlarından götürülən qanla DNT testi aparılıb. Analiz zamanı qadınla uşaqların qanı üst-üstə düşüb.

Şübhəli 13 dekabrda Mersində saxlanılıb. Adana polis idarəsinə gətirilən şəxs burada verdiyi ifadəsində qətli boynuna alıb:

"Öncədən tanıdığım üçün Adanaya gəldiyim gün yenə zəng etdim. Yola çıxmasını istədim, buradan götürüb yenə cinsi əlaqədə olduq. Pulumu oğurladı. Məni təhdid edib, qışqırdı. Qəzəbləndim. Bıçağı çıxarıb bıçaqladım. Qadın öldükdən sonra TIR-ın arxa tərəfindəki yatağa çılpaq uzatdım. Adanadan Gebzeyə qədər TIR-da qaldı. Cəsədini Gebzedə iş yerinə yaxın bir boş əraziyə atdım"./milli



7news.Az

Xəbər lenti