“Arvadım saqqal buraxır” deyib boşanmaq istədi

“Arvadım saqqal buraxır” deyib boşanmaq istədi

Hindistanda kişi evləndikdən bir həftə sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

7news.Az "Sputnik'in Times of India"ya istinadən xəbər verir ki, təzə bəy boşanmaq üçün  gülməli səbəb göstərib. Belə ki, Rupeş ləqəbli şəxs məhkəməyə verdiyi boşanma ərizəsində "arvadım saqqal buraxır" yazıb:

"Onu ilk dəfə görəndə makiyajlıydı. Bir həftə sonra iş üçün şəhərə getdim. Qayıdanda saqqal buraxdığını gördüm. Səsi də kişi səsinə bənzəyirdi". Gəlinin ailəsinə də xəbər verən Rupeş "artıq evləndiyin üçün onunla qalmalısan" cavabını alıb. 

 

Gəlinin vəkili məhkəmədə iddiaların əsassız olduğunu, bəyin ailəsinin ona fiziki və psixoloji təzyq göstərdiyini bildirib. 
Məhkəmə göstərilən iddianın kifayət etmədiyini bildirərək boşanma tələbini rədd edib. 

7news.Az

Xəbər lenti