Arvadını gülələyən kişiyə "Başını dik tut!" deyib həbsə yola saldılar - VİDEO

Arvadını gülələyən kişiyə
Arvadını öldürən kişi "Başını dik tut" sözləri ilə həbsxanaya yola salınıb. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantəpdə H.U mübahisə etdiyi 28 yaşlı həyat yoldaşı Özləm.U-nu tüfənglə güllələyib. 

H.U ifadəsində həyat yoldaşı ilə "beşikkəsmə" olduğunu söyləyib: "Mən həyat yoldaşımı çox sevirdim. Düzdür, arada mübahisəmiz olurdu. Qətl törətdiyim gecə də yenidən mübahisəmiz düşdü. O, mənə təhqiredici sözlər dedi. Bundan əsəbiləşdim, özümü saxlaya bilmədim. Özləmi güllələdim”. 

H.U həbsxanaya yola salınan zaman işlədilən sözlər hər kəsi təəccübləndirib. Belə ki, yaxınları H.U-ya "Gözün arxada qalmasın", "Bu qədər insan sənin üçün buraya toplaşıb. Gülə-gülə get. Başını dik tut” deyərək həbsə yola salıb.


 

7News.Az

Xəbər lenti