Arvadını və baldızını öldürən musiqiçi reanimasiyadan çıxdı - FOTO

Arvadını və baldızını öldürən musiqiçi reanimasiyadan çıxdı - FOTO

Həyat yoldaşı və baldızını öldürdükdən sonra intihara cəhd edən Türkiyənin tanınmış musiqiçisi Emre Güvener həbs olunub.

Onun ömürlük azadlıqdan məhrum edilməsi tələb edilir.

Cinayət hadisəsi sentyabr ayının 14-də axşam saatlarında İstanbulun Kağıthane səmtində baş verib.

Serial və bəzi filmlər üçün mahnı bəstələyən "Sor Bana" adlı albom çıxaran musiqiçi 6 aydır ayrı yaşadığı həyat yoldaşının evinə gedib. Evdə qadının bacısı da olub.

Onlar arasında mübahisə yaranıb. Mübahisə əsnasında Emre belindəki silahı çıxararaq xanımı Zerrin Demir Güveneri və baldızı Betül Demiri başlarından tək güllə ilə öldürüb. Musiqiçi daha sonra intihara cəhd edib. Xəstəxanaya çatdırılan Emre müalicə olunub.

 

O, ötən gün reanimasiyadan çıxarılıb.

Məsələ ilə bağlı araşdırma aparılır./milli

Arvadını və baldızını öldürən musiqiçi reanimasiyadan çıxdı - FOTO

Arvadını və baldızını öldürən musiqiçi reanimasiyadan çıxdı - FOTO

7news.Az

Xəbər lenti