Arvadının başını kəsib polisə apardı - VİDEO - FOTO

Arvadının başını kəsib polisə apardı - VİDEO - FOTO
Bu qadın mənə xəyanət etmişdi. Xəyanətə dözmədim. Özümlə bacara bilmədim, Rupanı cəzalandırdım.

Sağ əlində arvadının kəsik başını tutmuş ər polis idarəsində belə deyib. 35 yaşlı kişi qan damlayan kəsik başla polis idarəsində içəri daxil olanda çox sakit təsir bağışlayırdı. Onun sol əlində dəhrə vardı.

7News.Az milli.az-a istinadən bildirir ki, 35 yaşlı Satiş Kumar həbs olunub.

Olay Hindistanın cənub-qərbindəki Karnataka ştatının Çikmaqalur bölgəsində, Accampur şəhərində yaşanıb.

Satiş Kumarın dediyinə görə, 22 yaşlı arvadı Rupa ona xəyanət edib. Evə qayıdanda arvadını məşuqu ilə görən Satiş dözə bilməyib. O, dəhrə ilə arvadını və məşuqu öldürmək istəyib.

Sunil adlı məşuq qaçıb canını qurtara bilib. Rupa isə qətlə yetirilib. Satiş Kumar arvadının başını kəsib.

"Bu kəsik baş arvadım Rupanındır, ser! Ona həyatımı, sevgimi verdim. O isə mənə xəyanət etdi", - Satiş Kumar deyib.

Polislər "Qoy o başı gətirdiyin çantaya!" qışqırandan sonra Satiş Kumar arvadı Rumanın kəsik başını qara torbaya qoyub və söyləyib: "Sunil cinayətkar idi, həbs olunmuşdu. Tarlada işləməyə çağırmışdım onu. Arvadımsa onunla sevişirmiş. Hətta məndən gizlin bank hesabımdan 300 min rupi çıxarıb Sunilə verib".

Polis rəisi Rpamaçandra Nayyakın dediyinə görə, Satiş Kumar həbs olunub, istintaq gedir.
Arvadının başını kəsib polisə apardı - VİDEO - FOTO
 

7News.Az

Xəbər lenti