AŞPA Gültəkin Hacıbəyliyə ömürlük qadağa qoydu

AŞPA Gültəkin Hacıbəyliyə ömürlük qadağa qoydu

Azərbaycanı vaxtilə Avropa Şurası və Parlament Assembleyasında təmsil edən sabiq deputat, sonradan radikal müxalifətə keçən Gültəkin Hacıbəyliyə qurumun binalarına və tədbirlərinə ömürlük giriş qadağası qoyulub.

Bu barədə AŞ PA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi qərar qəbul edib.

AŞPA üzvlərinin Korrupsiyası İttihamları üzrə Müstəqil İstintaq Orqanının dərc olunan məruzəsinə görə, G.Hacıbəyli etik kodeksi pozduğuna görə ona sanksiya tətbiq olunub.

Məruzədə qeyd olunur ki, ittihamlarla bağlı mövqeyini bildirməsi üçün G.Hacıbəyliyə müraciət olunsa da, o, bundan yayınıb. Nəticədə onun assambleyanın binalarına, tədbirlərinə girişinə qadağa edilib.

Xatırladaq ki, bu ssesiyada Azərbaycandan olan üç nəfərə - Müslüm Məmmədov, Elxan Süleymanov və Gültəkin Hacıbəylinin ömürlük AŞ və AŞPA ya girişi qadağan edilib. Digər bir neçə keçmiş xarici ölkə deputatlarına qarşı da bu sanksiya verilib. /azvision.az

7news.Az

Xəbər lenti