Ağstafada BƏDBƏXT HADİSƏ - Yaşlı qadın yıxıldı, bıçaq...

Ağstafada BƏDBƏXT HADİSƏ - Yaşlı qadın yıxıldı, bıçaq...

Ağstafa rayonunda ahıl qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Hadisə Xətai kəndində qeydə alınıb.

7News.Az xəbər verir ki, kənd sakini, 1934-cü il təvəllüdlü Humay Məmməd qızı Həsənova qarın nahiyəsindən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaxınlarının bildirdiyinə görə, qadın bağda nar yediyi zaman yıxılıb və əlindəki bıçaq ehtiyatsızlıqdan qarnına batıb.

 

Hazırda Cərrahiyyə Şöbəsində müalicəsi davam edən qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report.az

 

7News.Az

Xəbər lenti