Ağstafada yanğın olub, xəsarət alan var

Ağstafada yanğın olub, xəsarət alan var

Ağstafa rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 7News.Az-a daxil olan məlumata görə, rayonun Qırılı kəndində ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

7News.Az

Xəbər lenti