Ağsu sakini evində diri-diri yanaraq öldü

Ağsu sakini evində diri-diri yanaraq öldü

Ağsu şəhəri, Mikayıl Müşfiq 17 ünvanında yanğın baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, baş verən yanğın zamanı ev sahibi ölüb.

Hadisə gecə 04:00 radələrində qeydə alınıb. Bir anda alovlanan ev yanmağa başlayıb. Bir mərtəbəli, iki otaqlı evdə qeydə alınan yanğın zamanı ev sahibi, Ağsu şəhər sakini, 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlu yanaraq ölüb.

Onun yanmış meyiti otaqdan tapılıb. Məlumata görə, o, evli və üç uşaq atası olub. Yanğın zamanı ailə üzvləri evdə olmayıb.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

7News.Az

Xəbər lenti