Ata 19 yaşlı oğlunu axtarır - BAKIDA

Ata 19 yaşlı oğlunu axtarır - BAKIDA

Bakıda ata oğlunun itkin düşməsi ilə bağlı polisə müraciət edib.

 7News.Az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinə müraciət edən 1971-ci il təvəllüdlü Məmmədov Xəqani Cəmil oğlu bildirib ki, 19 yaşlı oğlu Azad Məmmədov sentyabrın 20-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Şikayətçinin sözlərinə görə, bu müddətdə oğlunu axtarıb və onu son olaraq Nəsimi rayonunda, Cavadxan küçəsində görüblər.

 

Ata oğlunun ailədə hər hansı probleminin olmadığını bildirib.

Müraciət əsasında araşdırma aparılır.

7News.Az

Xəbər lenti