Ata oğlunun əl-qolunu bağlayıb, qardaşına döydürdü - Səbəbi təəccübləndirir - VİDEO

Ata oğlunun əl-qolunu bağlayıb, qardaşına döydürdü - Səbəbi təəccübləndirir - VİDEO

Sosial şəbəkədə atanın övladlarına qarşı münasibəti ilə bağlı yayılan video birmənalı qarşılanmayıb.

7news.Az xarici mətbuata istinadla xəbər verir ki, videoda atanın oğullarından birinin qollarını bağlayıb, digərinə "döydürməsi" əks olunub.

Malaziyada Paul Lee adlı atanın öz uşaqlarına qarşı tətbiq etdiyi disiplin metodu sosial şəbəkələrdə yayılıb.

Belə ki, evin kiçik oğlu böyük qardaşı tərəfindən məktəbdə digər şagirdlərin gözü qarşısında döyülüb. Böyük qardaş yerdə yatan balaca qardaşın başından təpik vurub. Bu anın görüntüləri yayılıb.

 

Uşaqların atası böyük oğlunu cəzalandırmaq üçün qeyri-adi yol tapıb. O, böyük oğlunun qollarını bağlayıb, yerdə uzanmasını əmr edib. Sonra da döyülən, balaca oğlunu çağıraraq "ya başından təpiklə intiqamını al, ya da azad et" deyib. Evin kiçik oğlunun ürəyi dözməyib və bacısı ilə birlikdə qardaşının qolunu açıb. Bu hər kəsin gözü qarşısında balaca qardaşını döyən böyük oğul üçün dərs olub.

Videoya görə Paulu qınayanlar olsa da, çoxluq onun disiplin metodunu bəyənib.

 

Ata oğlunun əl-qolunu bağlayıb, qardaşına döydürdü - səbəbi təəccübləndirir

7news.Az

Xəbər lenti