“Atletiko” ilə səfər matçı üçün “Qarabağ” azarkeşlərinə ayrılan biletlərin hamısı satıldı

“Atletiko” ilə səfər matçı üçün “Qarabağ” azarkeşlərinə ayrılan biletlərin hamısı satıldı

Futbol üzrə Çempionlar Liqasında İspaniya "Atletiko”su ilə səfər matçı üçün "Qarabağ” azarkeşlərinə ayrılan biletlərin hamısı satılıb.

Klubun mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, Ağdam təmsilçisinə təqdim olunan 300 bilet azarkeşlər tərəfindən alınıb.

Qeyd edək ki, oktyabrın 31-də keçiriləcək "Atletiko” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

7news.Az

Xəbər lenti