Avroliqada daha 15 oyun

Avroliqada daha 15 oyun

Avropa Liqasında 1/16 final həyəcanı davam edir.

7News.az-ın məlumatına görə, bu gün mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş keçiriləcək.

London  "Arsenal"ı İsveçdə "Ostersund"un qonağı olacaq. "Milan" isə "Ludoqorets"lə səfər qarşılaşmasına çıxacaq.

Dortmund "Borussiya"sı öz meydanında "Atalanta"nı sınağa çəkəcək. 

Bu mövsüm "Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş "Kopenhagen”lə "Atletiko”nun dueli də maraqla gözlənilir. Danimarkalılar pley-offda Ağdam təmsilçisinə təslim olmuşdusa, Madrid təmsilçisi qrupda keçirdiyi hər iki görüşdə heç-heçə (0:0, 1:1) etmişdi.
 

15 fevral

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

20:00. "Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya)

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)

22:00. "Ludoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya)

22:00. "Marsel" (Fransa) - "Braqa" (Portuqaliya)

22:00. "Nitsa" (Fransa) - "Lokomotiv" (Rusiya)

22:00. "Ostersund" (İsveç) - "Arsenal" (İngiltərə)

22:00. "Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya)

22:00. "Spartak" (Moskva, Rusiya) - "Atletik" (İspaniya)

00:05. AEK (Yunanıstan) - "Dinamo" (Ukrayna)

00:05.  "Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya)

00:05. "Kopenhagen" (Danimarka) - "Atletiko" (İspaniya)

00:05. "Styaua" (Rumıniya) - "Latsio" (İtaliya)

00:05. "Lion" (Fransa) - "Vilyarreal" (İspaniya)

00:05. "Napoli" (İtaliya) - "Leypziq" (Almaniya)

00:05. "Partizan" (Serbiya) - "Viktoriya" (Çexiya)

Xəbər lenti