Belçikanın Brüssel şəhərində keçirilən Avropa Hemofiliya Konsorsiumunun illik Konfransı uğurla başa çatıb.                      
 
Azərbaycan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə Avropa Hemofiliya Konsorsiumunun birgə keçirdiyi Beynəlxalq 31-ci  İllik Konfrans, iştirakçıların sayına görə bu dəfə rekord həddinə çatıb.  
 
 
Avropa Hemofiliya Konsorsiumunun  İllik Konfransının məqsədi müalicə məsələlərini, həyat keyfiyyətinin yaxşılaşdırılmasını müzakirə etmək üçün 45 ölkədən olan Milli Üzv Təşkilatları, digər pasient təşkilatları, Avropa Birliyinin  vəzifəli şəxsləri, hemofiliya sahəsində çalışan həkimlər, fizioterapevtlər və digər tibb işçilərini, eləcə də istehsalçı dərman şirkətlərini bir araya gətirməkdi, hemofiliya və digər nadir irsi koagulopatiya xəstəliklərinin müalicəsi üçün yeni dərman preparatları haqqında və bu sahədə müvəffəqiyyətli iş və inkişaf təcrübəsi paylaşmaq olub.  
 
 
Konfransın proqramına aparıcı mütəxəssislərin təqdimatı, yeni müalicələrin müzakirəsi, istehsalçı şirkətlərin təşkil etdiyi simpozium, sessiyalar daxil olub. 
 
Qeyd edək ki, elmin nailiyyətləri hemofiliyanın müalicəsində və hemofiliyalı pasientlərin tam sağalmasına cavab verir. Bununla bağlı Konfransda yeni dərman preparatları və gen terapiyası haqqında geniş məlumat verilib.