Avtomobil elektrik dirəyinə çırpıldı, sakinlər işıqsız qaldı – FOTO

Avtomobil elektrik dirəyinə çırpıldı, sakinlər işıqsız qaldı – FOTO

Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

7News.Az Report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Hüseynov İdris Elxan oğlu idarə etdiyi 10-MF-363 dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobil ilə Zəngilan şəhərciyinə gedə yolda hərəkətdə olarkən qarşısına yolun bir hissəsində təmir tikinti işlərinin aparıldığı sahə çıxıb.

Bu zaman sürücü dərhal əyləci sıxıb, lakin asfalt qatının üzərinə tökülmüş çınqıl daşları avtomobilin sürüşməsinə səbəb olub. 

Nəticədə "BMW” yol kənarındakı işıq dirəyinə çırpılıb və naqillərdə yaranan qısa qapanma şəhərciyi müvəqqəti olaraq işıqsız qoyub. Sürücü ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yolun qaranlıq hissəsində aparılan təmir-tikinti işləri zaman heç bir yol nişanı qoyulmayıb. Sakinlər baş verən hadisədən sonra əraziyə sürət həddini aşağı göstərən yol nişanını həmin əraziyə yerləşdiriblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Avtomobil deformasiyaya uğradığından cərimə meydançasına yerləşdirilib.

 

7News.Az

Xəbər lenti