Çavuşoğlu Trampın Türkiyə prezidentinə vədindən danışdı

Çavuşoğlu Trampın Türkiyə prezidentinə vədindən danışdı

"Kilis də daxil olmaqla, bölgə təhdid edilərkən "Fırat kalkanı” əməliyyatını keçirdik və ərazini terrorçu İŞİD qruplaşmasından təmizlədik. Əgər Türkiyəyə təhlükə yaranarsa, Afrin və ya başqa bir regiona tərəddüd etmədən daxil olar, oranı terrorçulardan təmizləyərik”.

7news.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının üçtərəfli görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

XİN başçısı Türkiyə və ABŞ prezidentləri arasında olan telefon danışığının bəzi detallarını açıqlayıb: "ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ölkəsinin bundan sonra YPG-yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu - red.) silah göndərməyəcəyini söyləyib. Biz ABŞ-ın daxili işlərinə qarışmırıq. Ancaq Pentaqon Türkiyəni dinləmirsə, bu, bizi maraqlandırar. Çünki onlara verilən silahlar bizə təhdid yaradır. ABŞ kimi bir ölkənin prezidenti verdiyi sözə əməl etməlidir. Biz buna çox əhəmiyyət veririk. Verdiyimiz sözə də əməl edirik”. 

7news.Az

Xəbər lenti