10 000 vətəndaş SƏLİS xidmətinə müraciət edib

10 000 vətəndaş SƏLİS xidmətinə müraciət edib
Bu gün SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminə daxil olan e-vətəndaş proqramında Şuranın qrant müsabiqələrinə təqdim olunan QHT layihələrinin maliyyələşdirilməsi üçün qiymətləndirmə prosesində iştirak etmək məqsədilə 10000-ci vətəndaş qeydiyyatdan keçib.

Qeyd edək ki, SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi - Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən proqramlar arasında sürətli əlaqələndirməni həyata keçirmək və bütün elektron xidmətləri (toplam 20 elektron xidmət) vahid bazada cəmləşdirmək üçün yaradılıb.
 
 
7News.Az

Xəbər lenti