13 yaşlı uşağın zarafatı ölkəni qarışdırdı - Qırıcılar havaya qalxdı

13 yaşlı uşağın zarafatı ölkəni qarışdırdı - Qırıcılar havaya qalxdı

Sinqapur hərbi hava qüvvələri 13 yaşlı uşağın bomba xəbərindən sonra ölkəyə uçan bir sərnişin təyyarəsini müşayət etmək üçün iki hərbi qırıcını havaya qaldırıb.

7News.Az ölkə.az-a istinadən bildirir ki, uşağın sonradan zarafat etdiyi məlum olub. 

Filippinin Cebu şəhərindən havaya qalxan təyyarədə 144 sərnişin olub. Sinqapur mətbuatı yazır ki, bomba zarafatı 13 yaşlı bir sərnişinə məxsusdur. İstintaq zamanı uşağın polislə əməkdaşlıq etdiyi üzə çıxıb. Sinqapurun müdafiə naziri Nq Eng Hen isə hadisədən sonra ölkəsinin əksi təsdiq olunana qədər bütün təhdidləri ciddi qəbul etdiyini açıqlayıb.

 

7News.Az

Xəbər lenti