14 yaşlı futbolçudan qadın hakimə qarşı əxlaqsız hərəkət - FOTO

14 yaşlı futbolçudan qadın hakimə qarşı əxlaqsız hərəkət - FOTO

Ötən gün yaşıl meydanlarda nadir hadisə yaşanıb. 

7News.Az fanat.az-a istinadən xəbər verir ki, İtaliyanın Venesiya şəhərində azyaşlı uşaqlardan ibarət komandalar arasında matçı idarə edən 22 yaşlı Culiya Nikastro 14 yaşlı futbolçunun "qurbanı" olub. 
 
Məsələ burasındadır ki, Nikastro idarə etdiyi oyunda epizodların birində küncdən zərbə qərarı verib. Buna qəzəblənən 14 yaşlı futbolçulardan biri qadın hakimə tərəf dönərək şortikini endirib və cinsiyyət orqanını ona göstərib. Bu üzdən hakim qırmızı vərəqə ilə uşağı meydandan qovub. Qərarı bəyənməyən komandanın azarkeşləri oyunboyu hakimi əxlaqsız söyüşlərə "qonaq edib". 
 
Matçın ardından baş məşqçi Marko Dalla Puppa açıqlamasında "Yarışın təşkilatçılarından üzr istədik. Hakimlə də əlaqə saxlaya bilsək, eyni şəkildə ondan da üzr istəyəcəyik" sözlərini söyləyib.
 
Baş verənlərlə bağlı hazırlanan raportun artıq Roma Futbol Federasiyasına göndərildiyi bildirilir.
 
Əxlaqsızlığa məruz qalan qadın hakim "Palermo"da forma geyən Stefano Moreonun sevgilisidir.

7News.Az

14 yaşlı futbolçudan qadın hakimə qarşı əxlaqsız hərəkət - FOTO

14 yaşlı futbolçudan qadın hakimə qarşı əxlaqsız hərəkət - FOTO

Xəbər lenti