Günay Musayevanın keçmiş əri ikinci dəfə evləndi

Günay Musayevanın keçmiş əri ikinci dəfə evləndi

Azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karel ikinci dəfə evlənib.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor xeyli vaxtdır birgə olduğu amerikalı sevgilisi Sarah Skotti ilə Mayamidə nikaha girib. 
 
Cütlüyün toy mərasimi isə Dominikdəki Playa Las Ballenas adasında olub.
 
Xatırladaq ki, Tolqa Karel 2011-ci ildə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ilə ailə həyatı qurub. Onların Cahagir Can adında bir oğlu var. Günayla Tolqa 2014-cü ilə boşanıb.
 
 
 

Xəbər lenti