Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı

Bu gün Azərbaycanda Ramazan ayının iyirmi doqquzuncu günüdür.

7news.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyulun 5-də imsak saat 03:15, iftar isə 20:31-dədir.

İftar duası:

İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Ramazanın 28-ci gününün duası:

“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”.

( “Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”. )

Xəbər lenti