Səudiyyə Ərəbistanı 4 İran gəmisini saxladı

Səudiyyə Ərəbistanı 4 İran gəmisini saxladı

Səudiyyə Ərəbistanının dəniz patrulu xidməti krallığın sərhəd sularında üzən İranın 4 balıqçı gəmisini saxlayıb.

Buşehr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi İran mətbuatına verdiyi açıqlamasında saxlanılanların sonrakı taleyi barədə məlumat olmadığını bildirib.

O, vurğulayıb ki, Buşəhr vilayətinin bəzi balıqçıları Fars körfəzinə çıxarkən təsadüfən digər dövlətlərin su sərhədlərinə daxil olub və saxlanılıblar.

Hələlik Səudiyyə Ərəbistanı tərəfdən məsələyə rəsmi münasibət bildirməyib./olke.az

7news.Az

Xəbər lenti