RU
lombard
Millimizin yeni baş məşqçisi müəyyənləşdi
12:54
921

Millimizin yeni baş məşqçisi müəyyənləşdi

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.

7News.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məşqçilər Komitəsinin üzvləri Mingəçevir şəhərində divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, I divizion və Topaz Premyer Liqası barədə ümumi fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan U-15 yığmasına baş məşqçi təyinatı da müzakirəyə çıxarılıb. Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən, AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ