Gömrükdən rüsumsuz nə qədər mal keçirmək olar? (SİYAHI)

08 Fevral 2019, 09:06
08 Fevral
2019
09:06
92
Bu yaxınlarda xaricdən dönən yaxın adamlardan birinə Dubay aeroportunda iki nəfər həmyerlimiz yaxınlaşaraq, iki mobil telefonu keçirməyə kömək etməsini xahiş edib. O razılaşmayıb və daha maraqlı hal Bakı aeroportunda yaşanıb.
Belə ki, Bakı aeroportunda həmin adamın gözü önündə bir nəfərdən üç telefon çıxıb və onun malları müsadirə edilib. Sonra o da gömrük baxışından keçməsi üçün xüsusi otağa çağırılıb. Yoxlamalar nəticəsində məlum olub ki, hər şey qaydasındadır, onu buraxıblar və bu vaxt soruşublar:
"Dubayda sizə də telefon keçirməyi təklif etdilərmi?”
"Bəli”, - deyəndə isə bu cavabı eşidib:
"Yaxşı ki, götürməmisiniz”.
Beləliklə, bu hadisələr son vaxtlar çox təkrarlandığından "Fiziki şəxs kimi xaricdən gömrük rüsumu ödəmədən nə gətirmək və neçəsini gətirmək olar?”, - sualı tez-tez yaranır.
Oxu.Az bu siyahını artıq beş ildir ki, qüvvədə olan Nazirlər Kabinetinin 305 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən sizə təqdim edir.
Qaydalara görə, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.
Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı iki ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.
- Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar;
- Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;
- Avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;
- Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;
- Müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə);
- Aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz;
- Hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları;
- Hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü;
- Əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər.
- Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən, avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.
- Gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya plastik kart vasitəsilə ödənilir.
- Fiziki şəxslər xarici valyuta sərvətlərini Azərbaycan Respublikasının gömrük sərhəd buraxılış məntəqələrindən "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydaya əsasən keçirə bilərlər.
Dövlət Gömrük Komitəsindən bildirdilər ki, eyni markalı eyni maldan üçüncüsü aşkar edildikdə bu, artıq həmin əşyanın kommersiya məqsədilə gətirilməsi hesab edilir, ona görə də malların hamısı (qaydalarla icazə verilən iki ədəd də daxil olmaqla) qanunsuz mal kimi vətəndaşdan alınıb anbara vurulur. Və həmin şəxs öz vəsaiti ilə həmin malları geriyə göndərməlidir.
Ya da həmin fiziki şəxs bunları kommersiya məqsədilə gətirdiyini elan edib onu rəsmiləşdirməli, gömrük rüsumlarını ödəməlidir.
Başqa bir variant isə həmin üç eyni əşyanın şəxsi istifadə üçün gətirildiyini sübuta yetirməkdir, bu isə əlavə vaxt itkisidir və siz sonda mənfi cavabla da üzləşə bilərsiniz.
7News.Az
Xəbər lenti
-
18:13Vasif Məhərrəmli hirsləndi: "Sosial şəbəkədəkilər gədə-güdədirlər"
-
18:00Aygünün DJ Devid Vendetta ilə klipi - VİDEO
-
17:50“Donuz yemiriksə, niyə qripinə yoluxuruq?”
-
17:40Damlanın intim görüntüləri yayılıb? - AÇIQLAMA
-
17:30Qadın uşağını əmizdirərkən zəlzələ baş verdi - Həyəcanlı anlar kamerada - VİDEO
-
17:208 ay öncə toyu olmuşdu, qəflətən dünyasını dəyişdi - FOTOLAR
-
17:17Sərhəddə əməliyyat: beş əcnəbi tutuldu - FOTO
-
17:10"Adnan Oktar qız gətirməyimi tələb edirdi" – Etirafçıdan şok sözlər
-
17:00Alla 47 min təqaüd alır - Xalq qəzəbləndi
-
16:59Polad Bülbüloğlu: Sosial şəbəkə tankdan qorxulu silahdır
-
16:58ATƏT PA-nın qış sessiyası başladı
-
16:54İranda məhbuslar ayağa qalxdı: 5 gün... - VİDEO
-
16:51Azərbaycan ordusu 25 dərəcə soyuqda təlimlərdə - FOTO/VİDEO
-
16:50Pişik bağlı qapı arxasında qalan sahibinə belə kömək etdi - VİDEO
-
16:46Sevilin səhhəti pisləşdi - “Ağrıları kəskinləşib”
-
16:40Rasim Balayevə Qeyri-Adi Sürpriz – Qarşısına “Nəsimi”, “Babək”, “Beyrək” Çıxdı – VİDEO
-
16:34Tahir İmanov: ""Məhəllə" yaradılanda Qüdrət harda idi axı?"
-
16:30Şəhid olduqdan bir dəqiqə sonra qızından mesaj gəlmişdi: "ATA, SALAMAT QAL..." - FOTOLAR
-
16:21Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
-
16:20Məşhur cütlüyün yataq görüntüləri internetə sızdı - FOTO
-
16:11DİN xəbərdarlıq etdi: "Bu hərəkətin qarşısı qətiyyətlə alınacaq"
-
16:10"Afət özünə pullu kişi tapdı" - Baxdım ki, nə qədər yüz manata oxumaq olar - FOTO
-
16:02Afət Fərmanqızının arxiv videosu yayıldı
-
16:00Könül Xasıyevaya təhqirmi, dəstəkmi?.. - Video
-
15:56Azərbaycana gətirilən 18 dollarlıq quzu əti ilə bağlı - RƏSMİ AÇIQLAMA
-
15:52Kəmaləddin Heydərov Qətərdə səfərdə olub - FOTO
-
15:50"Evlənməmiş cinsi əlaqədə olmayaq" deyən kişi bal ayında pis vəziyyətdə qaldı - FOTO
-
15:48Cəbhədə təxribat: Ermənistana məxsus texnika MƏHV EDİLDİ - FOTO
-
15:47İlham Əliyev sərəncam imzaladı
-
15:45Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
-
15:43Münhendə atışma: ölənlər var
-
15:41Kəndlilərin canına və malına qənim kəsilən canavarlar - VİDEO - FOTO
-
15:40Bakı Metrosunda azyaşlı qıza qarşı İYRƏNC ƏMƏL – FOTO
-
15:35Avropalı Araşdırmaçı Adəm Və Həvvanın Azərbaycanda Yarandığını Belə Sübut Etdi – VİDEO
-
15:31“Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
-
15:27Türkiyə ordusu Ermənistan sərhədində: nazir müharibə ANONSU VERDİ - FOTO
-
15:20Sumqayıtda yaşlı kişi evində özünü asdı
-
15:10Kamil Zeynallı: “Beş il eyni sinifdə qalmışam”
-
15:08Məhkəmədə ana hakim və prokuroru döydü
-
15:04Rusiya Qərb sərhədlərinə ordu toplayır - General Putinin PLANLARINI AÇDI
Digər xəbərlər
-
İQTİSADİYYAT
Azərbaycana gətirilən 18 dollarlıq quzu əti ilə bağlı - RƏSMİ AÇIQLAMA
-
İQTİSADİYYAT
Nazirlik işəgötürənlərə maaşlarla bağlı müraciət etdi
-
İQTİSADİYYAT
Deputatdan şad xəbər: “Hökumət problemli kreditlərlə bağlı qərar verəcək"
-
İQTİSADİYYAT
SOCAR prezidenti: "Azərbaycan son 2 ildə hasilatı artırıb"
-
İQTİSADİYYAT
Vergilər Nazirliyi tacirlərə müraciət etdi: Məlumatlar yanlışdır
-
İQTİSADİYYAT
Fevralın 20-ə MANATIN MƏZƏNNƏSİ
-
ÖZƏL, İQTİSADİYYAT
SON DƏQİQƏ: "Rabitə Bank" çökür - ŞOK İDDİA
-
İQTİSADİYYAT
Fevralın 19-na MANATIN MƏZƏNNƏSİ
-
İQTİSADİYYAT
Astanada SOCAR və “KazMunayQaz” arasında memorandum imzalanıb