Azərbaycanın xarici borcu açıqlandı

Azərbaycanın xarici borcu açıqlandı

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 milyard 927 milyon ABŞ dolları təşkil edib.

7News.Az xəbər verir ki, bu göstərici ötən ilin yanvarın 1-i ilə müqayisədə 5% azdır.

Maliyyə Nazirliyinin məlumatına görə, 2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.

Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

7News.Az

Xəbər lenti