Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı tədbir keçirilib – FOTOLAR
Xəbər verildiyi kimi, "Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  "İnternet informasiya resurslarında gənclərin milli maraqların qorunmasında rolu” adlı tədbirlərin icrasına başlayıb.

Gənclərlə ilk görüş Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecinin akt zalında baş tutub.Tədbiri giriş sözu ilə açan layihə rəhbəri Telman Məmmədov öncə qonaqları salamlayıb, daha sonra isə gənclərə, tələbələrə müzakirəyə çıxarılmış mövzu ilə bağlı ətraflı məlumat verib. O, bildirib ki, layihə internet informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan informasiya müharibəsi, bu cür səylərə qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.Natıq bu məsələlərdə gənclərin, tələbələrin üzərinə düşən vəzifələrdən bəhs edib, onları aktiv olmağa, milli məsələlərin qorunmasında daha operativ rekasiyalar verməyə çağırıb.Layihə rəhbəri xatırladıb ki, ümumi texniki tərəqqi qloballaşmanın axarında ölkələrin və dövlətlərin sərhədlərini maneəsiz aşıb keçir, baş verən yeniliklərin virtual böyük auditoriyalar yaratması isə dünyanın informasiya ilə idarə olunması effektini gücləndirir.

Daha sonra çıxış edən Kollecin direktoru Fərrux Məmmədov rəhbəri olduğu təhsil ocağında gənclərə yaradılan şəraitdən, onların bilik və bacarığının artırılması üçün görülən işlərdən danışıb.Direktor Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının,habelə digər dövlət qurumlarının oxşar layihələrinin kollecdə məmnunluqla müzakirəsinin təşkil olunduğunu bildirərək, layihə rəhbərinə, ekspertlərə və tələbələrə uğurlar arzulayıb.

Bir çox halda ənənəvi informasiya vasitələri ilə sosial şəbəkə yayımlarının sədləri itir, bir-birinə qarışır. Bu durum neçə çözülməlidir? Sosial şəbəkə, doğrudanmı, yeni tipli mediadır? Bu şəbəkəni yönləndirən blogerləri, onun istifadəçilərini jurnalist saymaq olarmı? Bu suallar ətrafında çıxış edən AFN.az saytının təsisçisi və baş redaktoru Səbuhi Qafarov bildirib ki, KİV peşəkar informasiya qurumudur, onun hədəfi kütləvi auditoriyanı xoş məramla, sistemli məlumatlandırmaq, maarifləndirmək, cəmiyyət miqyasında obyektiv ictimai rəy formalaşdırmaqdır. Sosial şəbəkənin fəaliyyəti isə fərdi və qrup maraqları üzərində formalaşır.

Baş redaktor gəncləri,sosial şəbəkə istifadəçilərini, həmçinin media təmsilçilərini obyektiv olmağa çağırdı.

İnformasiya ilə manipulyasiya, kibercinayətkarlıq, qorxu və vahimə yaratmaq, insanları cinayətkar əməllərə sövq etmək niyyəti, eləcə də statistik göstəricilərdən nümunələr gətirən ekspertlər Həbib İslamzadə və Qurban Qəhrəmanov böyük güclərin, bəzi dövlətlərin maraqlarından danışıblar.

Təlimin gedişatında tələbələrin sualları cavablandırılıb, iştirakçılara buklet və əyani vasaitlər təqdim edilib.
 

https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101945-768x576.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101945-1024x768.jpg 1024w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101945-320x240.jpg 320w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101945.jpg 1128w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />

https://aktor.az/wp-content/uploads/2019/05/1-2-768x432.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/05/1-2-1024x576.jpg 1024w, https://aktor.az/wp-content/uploads/2019/05/1-2.jpg 1128w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />

https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101910-768x576.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101910-1024x768.jpg 1024w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101910-320x240.jpg 320w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101910.jpg 1128w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />

https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101927-768x576.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101927-1024x768.jpg 1024w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101927-320x240.jpg 320w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_101927.jpg 1128w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />

https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102138-768x576.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102138-1024x768.jpg 1024w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102138-320x240.jpg 320w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102138.jpg 1128w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />

https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102331-768x576.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102331-1024x768.jpg 1024w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102331-320x240.jpg 320w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102331.jpg 1128w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />

https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102757-768x432.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102757-1024x576.jpg 1024w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102757.jpg 1128w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />

https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102818-768x432.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102818-1024x576.jpg 1024w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_102818.jpg 1128w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />

https://aktor.az/wp-content/uploads/2019/05/20190513_105825-768x432.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_105825-1024x576.jpg 1024w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_105825.jpg 1128w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />

https://aktor.az/wp-content/uploads/2019/05/20190513_111111-768x576.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_111111-1024x768.jpg 1024w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_111111-320x240.jpg 320w, https://aktor.az/wp-content/uploads/2019/05/20190513_111111.jpg 1128w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />

https://aktor.az/wp-content/uploads/2019/05/Seb-768x432.jpg 768w, https://aktor.az/wp-content/uploads/2019/05/Seb-1024x576.jpg 1024w, https://aktor.az/wp-content/uploads/2019/05/Seb.jpg 1048w" sizes="(max-width: 600px) 100vw, 600px" style="max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />

 

 
7News.Az

Xəbər lenti