KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ FERMERLƏR ŞURASININ NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ FERMERLƏR ŞURASININ NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib.

Toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlərlə bağlı məlumatlandırıb.

Görüşdə "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Fərmandan irəli gələn vəzifələr, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydaları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara "Aqrar sığorta haqqında” qanunun işləmə mexanizmləri, bu qanunun fermerlər üçün yaratdığı imkanlar barədə məlumat verilib.

Fermerlər Şurasının may ayında keçirdiyi iclasda qaldırılmış məsələlərin icra vəziyyəti barədə hesabat dinlənilib. Şura üzvləri taxıl biçininin gedişi, barama tədarükü, pambıqçılığın inkişafı üçün nəzərdə tutulan tədbirlərlə bağlı fikirlərini bölüşüblər.

Fermerlər Şurasının üzvlərindən Fatma Hüseynova, İldırım Məmmədov, Əlibala Səlimov, Sevil Osmanova, Rafət Abbasov, Suliddin Mahmudov, Əfras Əsgərov və digərləri aqrokimya laboratoriyalarının fəaliyyəti, kooperativlərin yaradılması zərurəti, əkin zamanı sertifikatlı toxumdan istifadə, aqrar xidmətlərin elektronlaşdırılması, meliorasiya problemləri ilə bağlı təkliflər səsləndiriblər.

Qeyd edək ki, Fermerlər Şurası ölkənin qabaqcıl fermerlərindən təşkil olunub. Şuranın tərkibinin üçdəbir hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir.

Xəbər lenti