RU
lombard
Tanınmış aktrisanın səhnədə vəziyyəti pisləşdi, xəstəxanaya qaldırıldı
17:40
150

Tanınmış aktrisanın səhnədə vəziyyəti pisləşdi, xəstəxanaya qaldırıldı

Türkiyəli aktrisa Qonca Vuslateri xəstəxanaya yerləşdirilib.

7News.Az xəbər verir ki, ötən axşam Fırat Tanışla birlikdə rol aldığı "Erkek arkadaşım bir feminist” adlı tamaşa zamanı aktrisanın vəziyyəti pisləşib.

Tamaşanın iyirminci dəqiqəsində qəflətən yerə yıxılan Qonca təcili olaraq xəstəxanaya aparılıb. Tamaşanı yarımcıq qoymaq məcburiyyətində qalan heyət tamaşaçılardan üzr istəyib.

İlkin məlumata əsasən, aktrisanın təzyiqi düşüb. Amma hələlik aktrisanın son halı ilə bağlı dəqiq məlumat açıqlanmayıb.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ