lombard

Nigeriyada futbolçu oyun zamanı dünyasını dəyişdi – VİDEO

Nigeriyada futbolçu oyun zamanı dünyasını dəyişdi – VİDEO

Nigeriyanın "Nasarava Yunayted” klubunun futbolçusu Çieme Martins ölkə çempionatı çərçivəsində "Katsina Yunayted” klubuna qarşı oyunda huşunu itirərək yerə yıxılıb.

"Sport24” xəbər verir ki, faciə martın səkkizi günorta baş verib.

Futbolçu huşunu itirdikdən sonra meydançada duran təcili tibbi yardım maşını işə düşməyib. Nəticədə o, xəstəxanaya jurnalistlərin maşını ilə çatdırılıb.

Oyunun sonunda komanda yoldaşlarının ölüm xəbərini eşidən futbolçualr göz yaşlarına hakim ola bilməyiblər.

Onların bu üzücü görüntüləri kameralara düşüb.

 

 

 
7News.Az

Xəbər lenti