21 uşaq anası yenidən hamilədir - VİDEO

21 uşaq anası yenidən hamilədir - VİDEO
Britaniyada ən böyük ailənin anası Syu Redford artıq 22-ci dəfə hamilədir.

7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə qadının özü şəxsi YouTube kanalında bildirib.



44 yaşlı Syu abunəçilərinə ultrasəs müayinənin şəkilini göstərərək, hazırda hamiləliyin 15-ci həftəsində olduğunu deyib.

Uşağın cinsiyyətini öyrənəcəyi anı səbirsizliklə gözləyən qadın oğlunun olmasını istədiyini etiraf edib, çünki o zaman qız və oğlan övladlarının sayı bərabərləşəcək.

Adi uşaq pulundan əlavə, ailəyə heç bir xüsusi güzəşt edilmir. Onlar şəxsi çörəkxanalarından qazandıqları pulla dolanırlar.

Syu doqquzuncu uşağa hamilə olduğu zaman, onun yoldaşı vazektomiya (cərrahi sterilizasiya əməliyyatı) etdirmişdi, lakin sonra cütlük daha çox uşaq istədiyinindən Redford əks-əməliyyatdan keçib.

Qeyd edək ki, keçən il iyirmi bir uşaq anası bir daha dünyaya uşaq gətirməyəcəyini demişdi, lakin görünür, bu dəfə də fikrini dəyişib.

7News.Az

Xəbər lenti