2500 yaşı olan pişik mumiyasının içindəkilər HEYRƏTLƏNDİRDİ - FOTO

2500 yaşı olan pişik mumiyasının içindəkilər HEYRƏTLƏNDİRDİ - FOTO
Fransanın Milli Arxeoloji Tədqiqatlar İnstitutunun alimləri 2500 yaşı olan qədim Misir pişiyinin mumiyasını araşdırıblar.

7News.Az-ın rosbalt.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Le Figaro" yazır.

Rentgen vasitəsilə mumiyanın içindəkilərinin 3D modelləri hazırlanıb. Məlum olub ki, burada bir pişik skeleti əvəzinə 3 quyruq və beş arxa ayaq var.

Arxeoloqların fikrincə, bir neçə heyvanın bir mumiyaya yerləşdirilməsi qədim Misirdə normal ola bilər.

Hazırda həmin mumiya və içindəkilərin 3D modelləri Renn (Bretan) şəhərinin muzeyində saxlanılır. Bura gələnlər xüsusi eynək vasitəsilə artefaktın içində nə olduğunu görə bilər.




7News.Az

Xəbər lenti