3 yaşlı qızına və 11 yaşlı baldızına təcavüz etdi

3 yaşlı qızına və 11 yaşlı baldızına təcavüz etdi
O, bir çox istismarda günahlandırılaraq 30 il həbs cəzası alıb.

Türkiyədə öz qızına və baldızına təcavüz edən şəxs məhkəmə qarşısına çıxarılıb.

7News.Az aznews.az-a istinadla xəbər verir ki, İstanbuldaki məktəblərin birində oxuyan 5-ci sinif şagirdi sinif rəhbərinə bacısının ərinin ona toxunduğunu deyib.

Hadisənin ardından A.Talat polislər tərəfindən saxlanılıb. Onun 3 yaşlı qızını da istismar etdiyi öyrənilib.

5-ci sinif şagirdi E.U-nun vəkili təqsirləndirilən şəxs üçün "uşağa cinsi istismar" cinayətindən 15 il həbs cəzası istəyib.

A.Talatın dünən baş tutan məhkəməsində hakim onun bütün cinayətlərdən ayrı-ayrı cəzalanacağını bildirərək E.U-nu bir çox istismarda günahlandıraraq 30 il həbs cəzası verib.

A.Talat qızına etdiyi cinsi istismara görə mart ayında bir daha məhkəməyə çıxarılacaq.
 

7News.Az

Xəbər lenti