4 ay öncə toyları olmuşdu: Arvadını başından güllələyib cəsədini... - FOTO

4 ay öncə toyları olmuşdu: Arvadını başından güllələyib cəsədini... - FOTO
4 ay öncə evləndiyi və boşanma ərəfəsində olduğu həyat yoldaşını zorla maşına mindirib, silahla qətlə yetirdikdən sonra onun cəsədi ilə dolaşan Erən Ərdoğan polisə təslim olub. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Erən Ərdoğan bir müddət öncə evləndiyi 22 yaşlı Fatma Ərdoğanın qarşısını kəsərək silahla hədələyib, zorla avtomobilə mindirib. Bu zaman cütlük arasında mübahisə düşüb. Mübahisə ərəfəsində Erən Ərdoğan həyat yoldaşını başından güllələyərək qətlə yetirib. Erən Ərdoğan bir neçə saat cəsədlə dolaşdıqdan sonra valideynlərinin yanına gedərək hadisəni danışıb. Daha sonra o, polisə gedərək könüllü təslim olub. 

İddiaya görə, Erən və Fatma Ərdoğan cütlüyü 4 ay öncə ailə qurub. Fatma Ərdoğan həyat yoldaşı tərəfindən döyüldüyü üçün evi tərk edərək valideynlərinin evinə gedib. 

4 ay öncə toyları olmuşdu: Arvadını başından güllələyib cəsədini... - FOTO
 
 

7News.Az

Xəbər lenti